Fransanın ictimai xadimləri Makrondan əfqanlara sığınacaq verməyi tələb ediblər

Fransanın ictimai xadimləri ölkənin prezidenti Emmanuel Makrona Əfqanıstandan olan bütün qadın qaçqınlara sığınacaq verilməsi tələbi ilə müraciət ediblər.

Bununla bağlı petisiyada bir gün ərzində 1,5 min imza yığılıb. Müraciətə xüsusi halda qadın yazıçılar və kinematoqrafçılar, bir sıra qadın siyasətçilər imza atıblar.

Qeyd edilir ki, bu, avqustda Fransa liderinə göndərilmiş ilk müraciət deyil. Avqustun 15-də ünvanlanan birinci müraciətə 85 min nəfər imza atıb.

Yeni petisiyada bildirilir ki, prezident Makron zorakılıqlarla üzləşmə, alçaldılma, ölüm təhlükəsinin gözlədiyi əfqan qadınlara "hər hansı ilkin şərtlərsiz" sığınacaq verməlidir.

Comment