İlin sonunadək istismara veriləcək məktəblərin sayı açıqlanıb

2021-2022-ci tədris ilinə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil veriləcək.

Təhsil Nazirliyindən  verilən məlumata görə, əlavə olaraq 15 modul tipli məktəb quraşdırılacaq. 2021-ci ilin sonuna ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcək.

Aşağıdakı fotolarda Xaçmaz, Samux, Gəncə, Hacıqabul, Siyəzən və Şirvan bölgələrində yenilənmiş məktəblərdən görüntüləri təqdim edirik:

Comment