Çin öz nəhənglərinə zərər vurmaq qərarına gəlib

Çin hakimiyyəti xarici birjalara çıxmış biznes üzərində nəzarəti gücləndirmək, yerli şirkətlərin ABŞ-da “listing” perspektivlərinə zərər vurmaq niyyətindədir.

Bu, gələcəkdə onların bazar qiymətlərinə təsir göstərə bilər.

Xatırladaq ki, iyulun 6-da Çin hakimiyyəti səhmləri xarici birjalarda ticarət olunan bütün yerli şirkətlər üzərində nəzarəti gücləndirmək qərarını bəyan edib. Hakimiyyət həmçinin fərdi məlumatların başqa ölkələrə ötürülməsi qaydalarına da dəyişiklik etmək niyyətindədir.

Bir neçə gün öncə rəsmi Pekin yerli texnologiya nəhəngi olan və bu yaxınlarda Nyu-York birjasına çıxmış “Didi” şirkətinə qarşı araşdırmalara başlayıb. Bu qərardan sonra şirkətin səhmləri 27 % ucuzlaşıb.

Mütəxəssislər hesab edirlər ki, hazırda ilkin kütləvi təklifə (IPO) hazırlaşan Çin şirkətlərinin fəallığı azalacaq.

Comment