Tovuzda meşə yanır

Tovuz rayon Yanıqlı kənd ərazisində olan meşəlik sahədə yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Comment