Azərbaycan məhsullarının Avropaya satışı artıb: 1,3 milyard dollarlıq ixrac baş tutub

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 17 691 469 140 dollar olub.

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz artıb.

Bildirilib ki, bu dövrdə Azərbaycan ilə dünyanın 175 ölkəsindən 39 516 xarici ticarət iştirakçısı arasında idxal-ixrac əməliyyatları baş tutub.

Ölkəmizdən xaricə 11 393 519 790 dollar dəyərində məhsul ixrac edilib. İxrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb. Bu dövrdə ölkəmizə 6 297 949 350 dollarlıq məhsul idxal edilib və bu da illik müqayisədə 6,7 faiz çoxdur.

Azərbaycanın müsbət xarici ticarət saldosu 5 095 570 440 dolları təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 57,7 faiz çoxdur. 

Müvafiq dövrdə MDB ölkələrindən 1 495 059 380 dollarlıq və ya illik müqayisədə 2,3 faiz daha az məhsul idxal edilib. Azərbaycandan isə bu ölkələrə 891 376 470 dollarlıq və ya illik müqayisədə 10,1 faiz daha çox məhsul ixrac edilib.

Həmçinin Avropa İttifaqı ölkələrindən Azərbaycana 1 264 918 310 dollarlıq və ya illik müqayisədə 0,7 faiz çox məhsul idxal edilib. Azərbaycandan bu ölkələrə isə 6 229 767 630 dollarlıq və illik 36,6 faiz çox məhsul satılıb.

Comment