Prezident: "Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında pilot kəndlər seçilib"

“Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında söyləyib.

Dövlət başçısı əlavə edib ki, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib. O kəndlərin bərpasına start verilməsi və vətəndaşların oraya qaytarılması üçün artıq işlər gedir.

Comment